Goranboyda yanğın olub Day.Az представляет новость на азербайджанском языке.

Bu gecə Goranboydan 4 km aralı yerləşən Qarasüleymanlı kəndində vətəndaşa məxsus tövlədə yanğın olub. ANS PRESS FHN-nin rəsmi saytına istinadən bildirir ki, ümumi sahəsi 88 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub və tövlədə olan 5 baş xırda buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.