Minskdə “Odlar yurdu Azərbaycan” sərgisi keçirilir – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

 

Belarus Dövlət Universitetinin Beynalxalq əlaqələr fakülətsinin korpusunda Gənclər və İdman nazirliyinin dəstəyi ilə ərsəyə gələn, Belarus Respublika Gənclər Birliyi və EEASA ("Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbə və Məzunlar" İctimai Birliyi) təşkilatlarının keçirdiyi "Azərbaycanı interaktiv ziyarət et" sərgilər seriyası layihəsi çərçivəsində "Odlar yurdu Azərbaycan" sərgisi öz işinə başlamışdır.

Tədbiri Minsk şəhər icra başçısının müavini Nikolay Viktoroviç Voloviç açıq elan etmişdir. Sərginin Belarus Dövlət Universitetinin Beynalxalq əlaqələr fakültəsinin korpusunda yer alması təsadüfi hal deyildi. Beləliklə Belarus ictimaiyyətinin ziyalılarının diqqətini cəlb etmək mümkün olmuşdur. Sərgidə Azərbaycanın inkişaf yolu, son 20 ildə heyrətamiz dəyişikliklərin baş tutması, paytaxt Bakının turistik cəhətdən cazibədar olmasını göstərən şəkillər yer almışdır, bukletlər paylanılmışdır.

Ölkənin bügünki inkşafında Umumilli lider Heydər Əliyevin rolu qeyd olunmuşdur. Sərginin təşkilatını EEASA Minsk nümayəndəsi Orxan Muxtarlı koordinasya etmişdir.


Böyütmək üçün şəkillərə klikləyin: