Bərdədə meşə massivləri bərpa olunur

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi yaz meşə əkininə başlayıb. Görülən işlər çərçivəsində yeni meşə zolaqları salınması nəzərdə tutulub.

Qeyd edək ki, yeni meşə massivi Ağdam, Ağdaş, Bərdə və Tərtər rayonlarında 30 hektar ərazini əhatə edəcək. Bunun üçün "Solatanpud 01" meşəbəyiliyinin meşə tingliyindən yetişdirilən ağac tingləri çıxarılaraq müəyyən edilən ərazilərə aparılır. Yeni yaşıllıq
zolaqlarında seçilən məkana uyğun olaraq akasiya, iydə və tut ağaclarının əkilməsi nəzərdə tutulub. Hazırda isə Kürqırağı ərazilərə əkmək üçün akasiya tingləri gətirilib.

Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyisi Şikar Məhərrəmovun sözlərinə görə, müəssisənin illik 100 hektar meşəsalma planı var. Hazırda bunlardan 30 hektarında işlər yekunlaşmaq üzrədir. Qalan 70 hektar ərazidə isə işlər payız mövsümündə aparılacaq. Ancaq yeni salınan yaşıllıq zolaqlarına əkilən körpə tinglərə heyvanlar tərəfindən ziyan verilməsi risqi olduqca böyükdür. Bunun da qarşısının alınması üçün meşə gözətçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.