Velosiped sürmək ürək-damar sistemini yaxşılaşdırır

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, həftədə velosipedlə 30 kilometr yol qət etmək ürək xəstəliklərinin yaranma riskini 50 faiz azaldır. 1800-cü ildən etibarən velosiped ən böyük texnoloji ixtira kimi təsdiq olunub. İki təkəri olan və əzələ qüvvəsi ilə, pedalla hərəkətə gələn bu minik vasitəsindən Xaçmazda da geniş formada istifadə olunur. Xaçmaz sakinlərinin əksəriyyəti velosipedlərdən müxtəlif məqsədlərlə istifadə edir.

Velosiped sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır. Bu cür gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Elə velosiped biznesi ilə məşğul olanlar da son zamanlar rayonda velosipedə olan təlabatın artdığını deyirlər. Velosipedlər Azərbaycana, əsasən, Rusiya və Çindən gətirilir. Velosipedlərlə yanaşı, onların ehtiyat hissələri də satılır. Ehtiyat hissələrinin 5 faizi Rusiyadan, qalanı isə Çin, Tayvan və Hindistandan gətirilir. Bir çox xarici ölkələrdə, həmçinin respublikamızın paytaxtında velosipedlər üçün xüsusi yollar var ki, bu da velosiped sürənlərin təhlükəsiz və rahat hərəkət etməsini təmin edir.