Zaqatala şəhəri daha da gözəlləşəcək - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Zaqatala şəhərində yenidən qurma və abadlaşma işləri davam edir. Şəhərin demək olar ki, bütün mərkəzi yollarında, küçələrində su və kanalizasiya sistemləri yenidən qurulur. Hal-hazırda "Qaladüzü" dairəsi, Sülh küçəsi, "Heydər Əliyev" prospektində və şəhərin digər küçələrində təmir işləri aparılır. Şəhər abadlaşdırılır, parklar salınır, məktəb və baxçalar yeniləşdirilir, köhnə inzibati binaların yerinə yeni binalar tikilir. Təbii ki, bunlar yaxşılığa dəlalət edir. Lakin bu uzanan təmir işləri şəhər sakinlərinə xeyli narahatçılıq yaradır. Qısa məsafədə olan evlərinə getmək üçün palşıqlar içərisindən, uzun bir yol qət etməli olurlar.

Hal-hazırda demək olar ki, şəhərin bəzi yerlərində yenidən qurulan park və tarixi yerlər artıq istifadəyə hazirdır. Lakin məsələ nədənsə uzanır. Rəsmi orqanlardan aldığımız məlumata görə, su-kanalizasiya sistemləri qurulduqdan sonra asfaltsalma işlərinə keçiləcək. Yerli əhali bildirir ki, şəhərdəki yenidənqurma və abadlıq işləri ümummilli lider Heydər Əliyevin ildönümünə qədər yekunlaşdırılacaq.

Nəzərinizə çatdırırıq ki, keçən il Şəhərdə baş verən zəlzələdə ziyan çəkmiş məktəb binları, yaşayış evləri və digər ictimai binalarda tamamlanma işləri gedir. Bunlar arasında artıq istifadəyə verilmiş məktəb binaları və yaşayış evləri var. Qeyd edək zəlzələ ilə əlaqədar olaraq tikilən evlərdən əhali öz razılığını bildirir.
 

hafta-ichi.az

Фото: Hafta-ichi.az