Qusarda Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Day.Az представляет новость на азербайджанском языке.


Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Qusarda ulu öndər H.Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. Mərasim elə onun adını daşıdığı mərkəzdə baş tutub. Mərasimdə iştirak edən gənclər ümummilli liderin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb. Tədbir iştirakçıları Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan bəhs ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkədə demokratikləşmənin dərinləşməsində, hüquqi dövlətin formalaşması və müstəqil dövlətçilik bünövrəsinin möhkəmlənməsi sahəsində ulu öndər H.Əliyevin xidmətləri böyükdür. Qeyd olunub ki, dövlət siyasətimizdə gənclərlə iş prioritet istiqamətlərdən biridir.

Ölkədə gənclər siyasəti ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Azərbaycan gəncliyi ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində uğurlar əldə edir.