Toyda ağır cinayət törədən şəxsə 7 il cəza verildi

Day.Az представляет новость на азербайджанском языке.


Lənkəran Ağır Cinayətlər Məhkəməsində toy məclisində qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən Sabirabad rayon sakini Sahil Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Day.Aza məhkəmədə verilən məlumata əsasən, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sahil Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ittihama görə, ötən ilin iyunun 2-də Sabirabad rayonunun Həşimxanlı kəndində kənd sakini Esmira Mirzəyevanın toy şənliyi zamanı qanlı cinayət hadisəsi baş verib.

Belə ki, Sahil Hüseynov toya qonaq gəlmiş rayonun Güdəcühür kənd sakini 1989-ci ildə anadan olan Qabil Əliyev ilə aralarında mübahisə baş verib. O, baş vermiş münaqişə zamanı cibində olan bıçaqla Qalib Əliyevə bıçaqla xəsarət yetirib.

Hadisə zamanı Sahil Hüseynov sərxoş vəziyyətdə olub. Nəticədə Qabil Əliyev döş qəfəsinin sağ tərəfini dəlib keçən kəsilmiş, deşilmiş yarası, sağ ciyərinin zədələnməsi ilə müşayiət olunan xəsarət alıb. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Sahil Hüseynov ağır cinayəti törədəndən sonra hadisə yerindən qaçıb. Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı o, iyunun 4-də, tutularaq istintaqa təhvil verilib.