Sabirabadda zəncirvari qəza: 6 maşın toqquşdu Day.Az представляет новость на азербайджанском языке.

Sabirabad rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Sabirabad rayon sakini Hüseynov Ramin Hüseynağa oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə qarşıdan gələnHüseynov İlham Şirin oğlunun idarə etdiyi "Chevrolet" markalı avtomobil toqquşub.

"Chevrolet" isə hərəkətdə olan Əlcanov Rəsul Əlsahib oğluna məxsus "VAZ 2106" markalı avtomobilə, daha sonra Yusif adlı şəxsə məxsus "VAZ 21 214 NİVA" markalı avtomobilə çırpılıb. Zərbə güclü olduğundan avtomobil yolun kənarında dayanmışAğayev Ramin Səməd oğluna məxsus "VAZ 2106" markalı avtomobilə dəyib. "VAZ 2106" markalı avtomobil isə onun arxasında dayanmış Kərimov Nicat Əsgər oğluna məxsus "VAZ 2107" markalı avtomobilə ciddi ziyan vurub. Beləliklə, 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hazırda faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.