Mingəçevirdə ağır yol qəzası baş verib, bir ailənin üç üzvü ağır xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке.
 

Mingəçevir şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Mingəçevir şəhərinin Həzi Aslanov və Samux küçələrinin kəsişməsində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Əlimirzəyev Bəhanət Qurban oğlunun idarə etdiyi 45-BG-651 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını 1966-cı il təvəllüdlü Xəlilov Dadaş Müzəffər oğluna məxsus 99-CS-475 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomaşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ 21015" markalı avtomaşındakı sərnişinlər - 1972-ci il təvəllüdlü Xəlilova Lətafət Allahverdi qızı və 1940-cı il təvəllüdlü Xəlilova Məhbubə Zahid qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, "VAZ 21015" markalı avtomaşındakı sürücü və sərnişinlər bir ailənin üzvləridir.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az