Bakı-Qazax magistralında maşın dərəyə yuvarlandı

Day.Az представляет новость на азербайджанском языке.

Günorta saatlarında Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində yol qəzası olub

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qazax istiqamətində hərəkətdə olan Şəmkir sakini 20 yaşlı Ülvi Zeynallının idarə etdiyi 10-SA-731 dövlət nömrə nişanlı "QAZ 3110" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.

Xoşbəxtlikdən, qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, "QAZ 3110" əsas yolda hərəkətdə olarkən ehtiyat yoldan onun qarşısına "VAZ 2106" markalı avtomobil çıxıb, Ülvi Zeynallı həmin avtomobili vurmamaq üçün avtomaşını kənara çəkərkən idarəetməni itirib və onun avtomobili dərəyə aşıb. Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımında araşdırma aparılır.