Bakıda üçmərtəbəli ev yandı

Day.Az представляет новость на азербайджанском языке.


Paytaxtda üçmərtəbəli evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan üçmərtəbəli evdə dünən yanğın baş verib.

1-ci mərtəbəsi qarajdan ibarət mansard tipli evin 2-ci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 36 kv.m sahədə, 3-cü mərtəbəsində 2 otağın və dəhlizin yanar konstruksiyaları 50 kv.m sahədə və mansardın yanar konstruksiyaları 50 kv.m sahədə (ümumi 136 kv.m) yanıb.

1-ci mərtəbə və bitişik 3 mərtəbəli digər ev yanğından mühafizə olunub.

Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.