Şəki məktəbləri son zəngə hazırlaşır

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu il Şəki məktəblərini 1916 nəfər 11-ci sinif şagirdi, 2223 nəfər isə 9-cu sinif şagidi bitirəcək. Respublikanın hər yerində olduğu kimi Şəki məktəbləri də son zəngə hazırlaşır. Şagirdlərin təhlükəsizliyini təmin etmək üçün direktorlara təlimat verilib. Məktəbdaxili tədbirlərin keçirilməsi və məktəbdənkənar tədbirlərdə şagirdlərin təhlükəsizliyinin təmin edilməsi üçün məktəblərdə valideynlərlə görüşlər təşkil edilib. Hər il olduğu kimi bu il də məktəblərdə son zəng tədbirləri təşkil olunacaq və tədris müddətində fərqlənən şagirdlərə fəxri fərmanlar veriləcək.

Hər bir insanın həyatında ömür boyu unuda bilməyəcəyi, həmişə sevinc göz yaşları ilə xatırlayacağı anlar olur. Bu il tam orta məktəblərdə ilk dəfə olaraq məzunlar 1-ci sinif şagirdlərinə Azərbaycan Respublikasının rəmzi olan bayraq hədiyyə edəcəklər. Son zəng 11 il orta məktəbdə oxuyan şagirdin həyatında yeganə gündür ki, o, bu günü həm sevinclə, həm də kədərlə qarşılayır. Həmin gün məktəb dövrünün zirvəsidir.

Bu pik zirvəni yaşamaq qürurvericidir. Bu günü hər bir şagird səbirsizliklə gözləyir və xüsusi hazırlaşır. 11-ci sinif şagirdləri ilə yanaşı, son zəngi səbirsizliklə gözləyən 1-cilər də var.

Onlar da 1 il ərzində öyrəndikləri şeirləri ilə müəllimlərinə təşəkkürlərini bildirəcəklər. Müəllimlərin də yetirmələrinə deyəcəyi sözlər az deyil.