Bakının Xəzər rayonunda qan tökülüb

Day.Az представляет новость на азербайджанском языке.


Bakının Xəzər rayonunda qan tökülüb.
 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Binə qəsəbəsinin ərazisində qəsəbə sakini Hüseyn Şirəliyev münaqişə zəminində həmyerlisi Nizami Dadaşova bıçaqla xəsarət yetirib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Şirəliyev tutulub.