Xudatda "VAZ 2107" daş hasara çırpıldı

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xudat şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Osman Mirzəyev və Nizami küçələrinin kəsişməsində qeydə alınıb. Fərid Hüseynovun idarə etdiyi "Mercedes" markalı 90 XS 744 qeydiyyat nişanlı avtomaşın, Sərdar İbrahimova məxsus "VAZ 21 07" markalı 42 BH 677 dövlət nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ 21 07" Xudat şəhər sakini İlham İbrahimova məxsus fərdi yaşayış evinin daş hasarına çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi
ziyan dəyib.