Bakıda mənzildə meyit tapılıb

Day.Az представляет новость на азербайджанском языке.

Vətəndaş mənzilində ölmüş vəziyyətdə aşkarlanıb

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən 1942-ci il təvəllüdlü Edar Abbasov döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində E.Abbasovun vəfat etdiyi müəyyən edilib.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 10:25-də başa çatıb.