Сделать стартовой страницей PDA-версия Milli.Az Today.Az Письмо в редакцию Новости о Day.Az

Новости

ГлавныеПоследниеВидеоновостиФоторепортажи

Mağazaların geyinmə-soyunma otağında gizli kameralar


  • Нравится
  • 0

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün gizli kameraların şəxsi həyatımıza müdaxiləsindən heç kim sığortalanmayıb. İctimai və rəsmi yerlərdə, tibb və təhsil müəssisələrində və s. kameraların quraşdırılması adi hal olub müsbət qarşılansa da, kameraların getdikcə hər yerdə - mağazalarda, kafe və restoranlarda olması əvvəlcə narahatlığa səbəb olurdu. Belə ki, insanlar sərbəst davranmaqdan çəkinib daim özlərinin izləndiyini hiss edirdilər. Tədricən buna alışsaq da, son zamanlar gizli kameraların geyim mağazalarının soyunub-geyinmə otağında yerləşdirilməsi səbrin daşmasına səbəb olub.

İstehlakçı Fidan Vəliyevanın sözlərinə görə, mağazanın soyunub-geyinmə otağında gizli kameraların quraşdırılması xəbərini eşidəndən sonra geyim mağazalarına getməyə, orada nəyisə geyinib baxmağa ehtiyat edir: "Təsəvvür edə bilmirəm ki, kimsə bu cür nalayiq hərəkət edib mağazanın geyinib-soyunma otağında gizli kamera yerləşdirər. Ən azı bunu edənlər düşünməlidirlər ki, sabah onların yaxınları, övladları da bu cür vəziyyətə düçar ola bilərlər. Bir donun, koftanın itməsindən, oğurlanmasından qorxuya düşüb insanlığı unutmağa heç bir ad verə bilmirəm. Düşünürəm ki, bunu başqa cür də həll etmək olar. Bu cür insafsızlığa yol verməkdənsə, hər geyinib-soyunma otağına bir nəzarətçi qoymaq olardı. Amma görünür ki, bəziləri üçün gəlir hər şeydən vacibdir və əlavə nəzarətçiyə maaş verməkdənsə, insanların hüquqlarını tapdalamaq daha yaxşı hərəkətdir. Bəlkə də onlar bu hərəkəti daha pis fikirləri üzündən ediblər".

Həmsöhbətimiz əlavə edib ki, tanışları arasında liftlərdə və başqa yerlərdə də gizli kameraların quraşdırılmasından ehtiyat edənlər çoxdur.

Hüquqşünas Əlövsət Əliyevin sözlərinə görə, dükan sahibi çəkilişin aparılması ilə bağlı xüsusi nişan qoymalıdır: "Əgər çəkilişin aparılması barədə məlumat yoxdursa, faktiki olaraq o, insanların şəxsi toxunulmazlıq hüququnu pozub. Bu, şəxsi həyata hörmət hüququnun ciddi surətdə pozulmasıdır və buna yol vermək olmaz. Ona görə mən hesab edirəm ki, əgər orada kimsə hüquqlarının pozulmasına iddia edirsə, o, məhkəməyə müraciət edə və məhkəməni qazana da bilər. Bu sahədə onda ciddi problem olmaz. Çünki sahibkar obyektin hansı hissəsində çəkilişlərin aparılması ilə bağlı elanlar yapışdırmalı, açıq görünən, hamı tərəfindən oxunan yerdən asmalıdır".

Qeyd edək ki, bu yaxınlarda mağazaların soyunub-geyinmə otağında gizli kameraların quraşdırılması faktı Sabirabadda baş verən rüsvayçı hadisə ilə təsdiqini tapıb. Belə ki, Sabirabadda şəhərin mərkəzində yerləşən qadın geyimlərinin satışıyla məşğul olan "KRAL" geyim mağazasının soyunub-geyinmə otağında gizli kameranın yerləşdirildiyi məlum olub (Aznews.az). Nəzərinizə çatdıraq ki, dükanın sahibi Hacı Arifə kimi tanınan sahibkar xanımdır. Xanımın geyinib-soyunma otağında gizli kameranı hansı səbəbdən yerləşdirməsi isə çoxunun marağına səbəb olub. Bu olaydan sonra həmin mağazaya gedənlərin sayı azalıb. Bu, eyni zamanda qadın paltarı satışı ilə məşğul olan başqa mağazaların ticarətini də zəiflədib. Belə ki, qadınlar geyim mağazalarından paltar almağa artıq ehtiyat edirlər.

Mətbuatda gedən məlumata görə, geyinib-soyunma otağında gizli kameranı dükan sahibinin övladlığa götürdüyü Hüseyn quraşdırıb. Belə ki, 19 yaşlı gənc bunu öz marağı naminə edib. Bu hadisənin üstünü isə mağazada çalışan xadimə açıb. Xadimə otaqda gizli kameranı görüb bu haqda geyimin uyğun gəldiyini yoxlamaq istəyən qızın nişanlısına deyib. Qızın nişanlısı da məsələni araşdırıb, bunun Hüseynin etdiyini biləndən sonra o döyülüb. Rayon camaatı bununla kifayətlənməyib mağazanın sahibinin evinə hücum ediblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Polis şöbəsinin təhqiqatçısı Möhlət Bayramov "Aznews.az"a bildirib ki, faktla bağlı araşdırmaya sahibkarın müraciəti əsasında başlanıb: "Polisə sahibkar özü müraciət edib. O, rayonda onun mağazasının geyinmə otağına kamera yerləşdirilməsi ilə bağlı şayiələr dolaşdığından belə bir addım atdığını bildirib. Sahibkar müraciətini də bu söz-söhbətin onun işgüzar nüfuzuna xələl gətirə biləcəyi ilə əsaslandırıb. Biz aşkarladıq ki, obyektdə 16 kamera var. Lakin geyinmə otağında hər hansı kamera aşkarlanmayıb. Kameraların son 15 günlük yaddaşını şəxsən yoxlamışam. Deyilənlərlə bağlı hər hansı görüntüyə rast gəlməmişəm".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, geyim mağazalarının soyunub-geyinmə otağında gizli kameraların quraşdırılması yolverilməzdir: "Bu, insanların şəxsi həyatına kobud müdaxilədir. Gizli kameraların belə yerlərdə quraşdırılması istehlakçıların hüquqlarının birmənalı şəkildə pozulmasıdır. İstehlakçılar belə mağazalara getməməli, onları boykot etməlidirlər".

Ekspress.az


  • 0
  • Нравится

Порекомендовать другу


Отправить комментарий

Войдите на сайт или зарегистрируйтесь, чтобы оставить комментарий под своим именем


Содержание комментариев к новостям не имеет никакого отношения к редакционной политике Day.Az. Мы не несем ответственность за форму и характер выставляемых комментариев.
Просьба соблюдать установленные правила.

Самое читаемое


Самое обсуждаемое


Новости Milli.Az

Новости партнеров

Загружается, подождите...