Yol polisi Bakıda qəza törətdi: xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке.


YPX əməkdaşının ehtiyatsızlığı bir nəfəri xəstəxanalıq etdi.
 

Ötən gecə saat bir radələrində Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qəzanı törədən bu dəfə yol polisi əməkdaşı olub. Hadisə şahidlərinin AZNEWS.AZ-a verdikləri məlumata görə, 10 YP 359 nömrəli YPX avtomobili 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidə hansısa avtomobilin arxasınca sürətlə hərəkət edərkən, əsas yolu gözləməyib və nəticədə qəza baş verib.

Məlumata görə, polis maşını 90 EM 292 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes"dəki sərnişinlərdən biri xəsarət alıb.