https://news.day.az/society/407964.html
Ilan sancmasından necə qorunmalı?
Yay fəslində zəhərli ilanların artması bir çox hallarda acı sonluqla nəticələnir. Təbii ki, otlaq sahələri, kol-kos, əkin-biçin yerlərində zəhərli ilanların olması daha çox ehtimal olunur. Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqov bildirir ki, müəyyən vasitələrlə ilanların həyətyanı sahələrə axınının qarşısın almaq mümkündür.
Bizə ilanlara bağlı çox adam müraciət edir. Azərbaycanda ilana qarşı kimyəvi maddə ilə mübarizə tədbiri yoxdur. Onu heç bir qrum öz üzərinə götürmür. Çunki ona qarşı dərman yoxdur. İlan elə bir xüsusiyyətə malikdir qoxudan qaçır. İyli dərmanlar səpmək lazımdır.
Təsərrüfatçılar əkin-biçin işlərini görərkən uzunboğaz çəkmələrdən və rezin əlcəklərdən istifadə etməlidirlər. Çünki həmin qoruyucu vasitələr insanın əynində olanda ilan onu çalsa da, zəhərini həmin rezin çəkməyə tökür. İnfeksionist Həsənağa Cəbiyev bildirir ki, ilan sacması zamanı düzgün ilkin tibbi yardım göstərilərsə, həyati təhlükənın qarşısını almaq olar.
İlan zəhərinin orqanizmin daha yuxarı hissəsinə çatmaması üçün, beynin toxuma hissəsinə çatmasının qarşısını almaq üçün ilan vurulan yerdən təxminən 3-5 sm yuxarı rezinlə sıxılmalıdır. Xəstə xəstəxanaya çatdırılmalıdır. Xəstəxanada isə ilan əleyhinə zərdablardan istifadə etməklə müalicə aparılmalıdır.
Bəs, görəsən, xəstəxanalarda ilan sancması əleyhinə zərdablar varmı?
LRMX-nın baş həkimi Əbülfət Məmmədov bildirir ki, ilk yardım üçün belə xəstələrə vaksinlər var. Bu vaksinlərdən istifadə olunur. Vaksinlər bizə dövlət tərəfindən verilir. Vaksinlər çox bahalıdır. Hal-hazırda xəstəxanada ilan əleyhinə vaksinlər var.
Qızmar, isti günlər isə hələ qarşıdadır. İlan zəhərinə qarşı zərdabların çətin tapılan olduğunu nəzərə alsaq, ən yaxşısı odur ki, hamı mümkün qədər ehtiyatlı olsun.
Ilan sancmasından necə qorunmalı?
Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, havaların istiləşməsi bir çox həşəratların, heyvanların artmasına və qış yuvalarından çıxmasına səbəb olur. Bu dövrdə artan heyvanlardan biri də ilanlardır. Hər il, əsasən, yay fəslində bir neçə insan ilan vurmasından ya dünyasın dəyişir, ya da müəyyən xəsarətlər alır. Bəs ilanların həyətyanı sahələrə yaxınlaşmasının qarşısın necə almalı? İlan vuran zaman ilkin tibbi yardım necə aparılmalıdır.Yay fəslində zəhərli ilanların artması bir çox hallarda acı sonluqla nəticələnir. Təbii ki, otlaq sahələri, kol-kos, əkin-biçin yerlərində zəhərli ilanların olması daha çox ehtimal olunur. Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqov bildirir ki, müəyyən vasitələrlə ilanların həyətyanı sahələrə axınının qarşısın almaq mümkündür.
Bizə ilanlara bağlı çox adam müraciət edir. Azərbaycanda ilana qarşı kimyəvi maddə ilə mübarizə tədbiri yoxdur. Onu heç bir qrum öz üzərinə götürmür. Çunki ona qarşı dərman yoxdur. İlan elə bir xüsusiyyətə malikdir qoxudan qaçır. İyli dərmanlar səpmək lazımdır.
Təsərrüfatçılar əkin-biçin işlərini görərkən uzunboğaz çəkmələrdən və rezin əlcəklərdən istifadə etməlidirlər. Çünki həmin qoruyucu vasitələr insanın əynində olanda ilan onu çalsa da, zəhərini həmin rezin çəkməyə tökür. İnfeksionist Həsənağa Cəbiyev bildirir ki, ilan sacması zamanı düzgün ilkin tibbi yardım göstərilərsə, həyati təhlükənın qarşısını almaq olar.
İlan zəhərinin orqanizmin daha yuxarı hissəsinə çatmaması üçün, beynin toxuma hissəsinə çatmasının qarşısını almaq üçün ilan vurulan yerdən təxminən 3-5 sm yuxarı rezinlə sıxılmalıdır. Xəstə xəstəxanaya çatdırılmalıdır. Xəstəxanada isə ilan əleyhinə zərdablardan istifadə etməklə müalicə aparılmalıdır.
Bəs, görəsən, xəstəxanalarda ilan sancması əleyhinə zərdablar varmı?
LRMX-nın baş həkimi Əbülfət Məmmədov bildirir ki, ilk yardım üçün belə xəstələrə vaksinlər var. Bu vaksinlərdən istifadə olunur. Vaksinlər bizə dövlət tərəfindən verilir. Vaksinlər çox bahalıdır. Hal-hazırda xəstəxanada ilan əleyhinə vaksinlər var.
Qızmar, isti günlər isə hələ qarşıdadır. İlan zəhərinə qarşı zərdabların çətin tapılan olduğunu nəzərə alsaq, ən yaxşısı odur ki, hamı mümkün qədər ehtiyatlı olsun.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре