Ağdaş sakini torpaq altında qalaraq öldü

Day.Az представляет новость на азербайджанском языке.

Ağdaş rayon Xosrov kənd sakini torpaq sürüşməsi nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 14-də Ağdaş rayonu ərazisində "Alke İnşaat Sənaye Ticarət Anonim" şirkətində fəhlə işləyən Xosrov kənd sakini İntiqam İsayev su-kanalizasiya xəttinin çəkilişi zamanı torpaq sürüşməsi nəticəsində torpağın altında qalaraq ölüb.