Səhiyyə işçilərinin peşə bayramı münasibətilə Göygöl rayonunda tədbir keçirilib

Day.Az представляет новость на азербайджанском языке.


Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, səhiyyə işçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan bayram tədbirində çıxış edənlər səhiyyə işçilərinə göstərilən dövlət qayğısından danışıblar.

Bildirilib ki, 2009-cu ildə prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Göygöl Mərkəzi Rayon Xəstəxanasında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilir. Bundan başqa, kəndlərdə də səhiyyə ocaqlarının maddi-texniki bazası günü-gündən yaxşılaşır.

Ötən il 2 kənddə tibb məntəqəsi üçün yeni bina tikilib. 3 tibb məntəqəsinin mövcud binası isə əsaslı təmir olunub. Bu istiqamətdə tədbirlər davam etdiriləcək. Qeyd edilib ki, hazırda rayonda 3 xəstəxana, 10 həkim məntəqəsi və 23 ilk tibbi yardım məntəqəsi fəaliyyət göstərir. Sonda bir qrup qabaqcıl tibb işçisinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.