Bakıdakı yeni dayanacaq yararsız hala düşüb – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
 

Milli.Az-ın məlumatına görə, dayanacaqların bir neçəsinin şüşələri sınıb, dirəkləri qopub. Belə dayanacaqlardan biri də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşir. Yavər Əliyev küçəsindəki avtobus dayanacağının arxa şüşələri bir neçə gün əvvəl naməlum şəraitdə qırılıb. Xeyli vaxt keçməsinə baxmayaraq, şüşələr yenisi ilə əvəz olunmayıb.

Nəqliyyat Nazirliyindən Milli.Az-a bildirildi ki, Bakıda dayanacaqların quraşdırılması və onlara xidməti Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Ona görə də bu barədə sualı həmin quruma ünvanlamaq lazımdır.

Bakı Şəhər İcra Hakimiyyətinə isə dəfələrlə edilən zənglərə baxmayaraq telefona cavab verən olmadı.

Böyütmək üçün şəkillərə klikləyin.