Gəncədə ağır yol qəzası baş verib - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Bu gün saat 15:00 radələrində Gəncənin Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Milli.Az Kəpəz TV-yə istİnadən xəbər verir ki, "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində sürücülər Zəmanəddin Fərəcov Rafiq Məmmədov, eləcə də sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstaxanasına yerləşdirilib.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

APA xəbər verir ki, Heydər Əliyev prospekti ilə hərəkətdə olan Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Zamanəddin Fərəcovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə, prospektdən başqa küçəyə dönmə əməliyyatını yerinə yetirən, 1950-ci il təvəllüdlü Rafiq Məmmədovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə zamanı Zamanəddin Fərəcovun avtomobilində olan iki sərnişin, 21 yaşlı Məlahət Qurbanova ilə 18 yaşlı Ayişə Fərəcova bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların səhhətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat İdarəsinin müstəntiqi Elçin Əzizov tərəfindən araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya səbəb Rafiq Məmmədovun avtomobillə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Böyütmək üçün şəkillərə klikləyin.