Gəncədə 15 yaşlı oğlanın başı kəsildi

Day.Az представляет новость на азербайджанском языке.

Gəncədə istirahət parkında dəhşətli qətl hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, dünən saat 22 radələrində Gəncənin Fikrət Əmirov adına istirahət parkında gənc oğlanın başı kəsilib. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorunun böyük köməkçisi Rəfael Həsənovun APA-ya verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. R.Həsənov başı kəsilən gəncin adının Elçin olduğunu, onunla bağlı digər məlumatların isə dəqiqləşdirildiyini bildirib. O, hadisənin təfərrüatları barədə məlumat veriləcəyini deyib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə saat 22.30 radələrində baş verib. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Elgün Elşən oğlu boğaz nahiyyəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. E.Məmmədov dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. 15 yaşlı gənci öldürən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.