Pirəküşküldə 3 avtomaşın toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Pirəküşkül qəsəbəsində ağır yol qəzası olub.


APA-nın hadisənin yerində əməkdaşının məlumatına görə, iyulun 14-də "Nissan Tiida" markalı, 90 BK 560 dövlət nömrə nişanlı, "Opel" markalı, 45 BF 733 dövlət nömrə nişanlı və KİA markalı, 99 BF 740 dövlət nişanlı avtomaşınların toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində xəsarət alanların sayı 5 nəfərdir.

Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Böyütmək üçün şəkillərə klikləyin:



Foto: АПА