“Böyük İpək Yolu” Avstraliyaya çatdı

Day.Az представляет новость на азербайджанском языке.


"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Avstraliyanin "Cultural Infusion" ictimai teshkilatı ilə uzun muddətli əməkdaşlıgı nəzərdə tutan Memorandum imzalayıb. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
 

Avstraliyanin "Cultural Infusion" ictimai teşkilatı əsasən gənclər, tehsil, icmalarla iş və mədəniyyətin təbligi sahəsində fəaliyyət gostərir.
 

Bu əməkdaşlığın nəticəsi kimi "Böyük İpək Yolu" BGT-nin gələn ilin fevral ayinda Avstraliyada hər il keçirilən beynəlxalq folklor festivalında iştirakı planlaşdırılır.

Bununla da Azərbaycan ilk dəfə olaraq bu nufuzlu festivalda iştirak edəcək.