Suda boğulan Bərdə sakininin axtarışları nəticə vermir

Day.Az представляет новость на азербайджанском языке.


Milli.Az EL TV-yə istinadən xəbər verir ki, suda boğulduğu ehtimal olunan Bərdə rayon sakini Ceyhun Mirzə oğlu Nadirovun iki gündür aparılan axtarışları, hələ də, bir nəticə verməyib. Belə ki, Bərdə rayonu Füzuli küçəsində yaşayan,1977 - ci il təvəllüdlü Ceyhun Nadirov ötən gün həyat yoldaşına çimməyə getdiyini deyib və ondan sonra geri qayıtmayıb. Bunula əlaqədar onun ailə üzvüləri polisə müraciət ediblər.

Aparılan axtarışlar zamanı Ceyhunun paltarları rayon ərazisindən keçən Yuxarı Qarabağ kanalının Hüseynbəyli kəndi ərazisindən keçən hissəsində tapılıb. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Sulardan xilasetmə qrupunun əməkdaşları çalışırlar.