Göygöldə 3 avtomobil toqquşub, yaralı var - YENİLƏNİB - FOTO Day.Az представляет новость на азербайджанском языке.

17:26


Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, Gəncə-Dolama yolunun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Fərmayıl Tağıyevin idarə etdiyi "Mersedes Vito" markalı avtomaşın Qazax istiqamətinə hərəkətdə olarkən Balçılı kənd sakinləri Əzim İbrahimovun və Elçin Məmmədovun idarə etdikləri "VAZ 2107" markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində xəsarət alan sürücülərdən biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

-----------
20:07