İsmayıllı rayonunda ev yandı Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda yaşayış evi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Diyallı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 85 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.