27 yaşlı gənc Kürdə boğuldu Day.Az представляет новость на азербайджанском языке.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, avqustun 7-də Kür çayının Kürdəmir rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 160 km aralıda nəzarətsiz ərazidə) batmış 1986-cı il təvəllüdlü Zamiq Zakir oğlu Xəlilovun axtarışları başa çatıb.

Z.Xəlilovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 150 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.