Bərdədə dəhşətli yol qəzası: 3 nəfər həlak oldu

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, ötən gecə saat 4 radələrində Bərdədə dəhşətli yol qəzası baş verib. "VAZ 21 015" markalı avtomobil Qarabağ kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsinə düşüb.

Nəticədə iki nəfər hadisə yerində keçinib, dörd nəfər xəsarət alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata əsasən, xəsarət alanlardan biri, Ağcabədi rayonu Hüsülü kənd sakini, 1996-cı il təvəllüdlü Əliyev Fazil Rövşən oğlu xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Digər yaralılar, Ağcabədi rayonu Hüsülü kənd sakinləri - 1990-cı il təvəllüdlü Mirzəyev Alı Hasil oğlu, onunhəm yaşıdı Əhmədov Rəcəb Xanoğlan oğlu və 1985-ci il təvəllüdlü Fətəliyev Vasif Ceyhun oğlunun vəziyyəti orta ağır olaraq qalır.

Hüquq mühafizə orqanlarından ölənlərin şəxsiyyəti ilə bağlı hər hansı açıqlama verilməyib.

Xatırladaq ki, avtomobildə olanlar Ağcabədi rayonu Hüsülü kənd sakinləridir. İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az