Gəncədə 2 ağır qəza baş verib – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, birinci qəza şəhərin şərq istiqamətindən girişində, Nizami Gəncəvi məqbərəsinin yaxınlığında baş verib. Şəhər sakini Həsən Həsənov idarə etdiyi "Lexus" markalı avtomobillə dönmə əməliyyatı edərkən Türkiyə vətəndaşı Elcan Özçəkicin idarə etdiyi "Ford" markalı avtomobillə toqquşub.

Nəticədə Elcanın yoldaşı Mürşən Özcəkiç xəsarət alıb.

Digər hadisə isə Gülüstan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 28 yaşlı Ramin Əhmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə ağaca çırpılıb. Sürücüyə heç bir şey olmasa da, sərnişini 29 yaşlı Telman Mansurov ağır bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasın aparılıblar, vəziyyətləri orta-ağırdır.

Böyütmək üçün şəkillərə klikləyin.