https://news.day.az/society/443707.html
Cəlilabadda yol qəzası: ana və azyaşlı övladı yaralandı
Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Qəza Ələt-Astara magistralı yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini 45 yaşlı Vüqar Nuruyev idarə etdiyi "VAZ 21011" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Yardımlı rayon sakini Kazımov Aydın Xəlil oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.
Qəzanın təsirindən hər iki avtomobil yolun kənarına düşüb. Nəticədə "VAZ 21 011" markalı avtomobildə olan sürücünün həyat yoldaşı 43 yaşlı Rahilə Nuruyeva və onun azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad MRX-a çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralıların vəziyyəti normaldır.
İlkin ehtimala görə, qəza "VAZ 07" markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib.
Hazırda faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре