Köln şəhərində Azərbaycan Mədəniyyət Evinin yeni layihəsi

Day.Az представляет новость на азербайджанском языке. 

Almaniyanin Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi burada yaşayan azərbaycanlı uşaqlar üçün Məktəb layihəsi həyata keçirməyə başlayıb. Məktəbin yaradılması zərurəti burada böyüyən uşaqların milli mədəni irsimizdən istər istəməz uzaq düşmələridir. Uşaqlar burda məktəbə gedir, buranın dilinə, mədəniyyətinə yiyələnirlər. Nəzərdə tuturuq ki, həftəsonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarix, coğrafiya və mədəni irsimizlə bağlı kurslar keçilsin. Hələlik məktəb kurslar formasında fəaliyyət göstərəcək. Həftəsonu kurslarında uşaqlar üçün tariximiz, coğrafiya, milli mədəni irsimizlə bağlı maraqlı məlumatlar veriləcək. Kurslar davamlı və proqramlı təşkil olunacaq.
 

Hazırda dərslərin proqramları məktəbin maddi texniki bazasının təşkil olunması ilə məşguluq.
 

Bundan basqa heftəici gunleri Güneyli soydaslarımız üçün Azərbaycan əlifbası kursları, uşaqlar üçün Azərbaycan rəqsi, tar, pianino, məktəb dərslərinə kömək və s. kurslar təşkil olunacaq. Mədəniyyət Evimizin tərkibində futbol klubu fəaliyyət göstərəcək.