Goranboyda oğrular qəbristanlığa göz dikdilər

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az El TV-yə istinadən bildirir ki, Goranboyun Kələk kəndində yerləşən qəbristanlıqda 19-cu əsrə aid, üzərində ərəb və fars dillərində yazılar olan 3 qəbrin üstü açılıb.

Bəylərə və onların xanımlarına məxsus olduğu bildirilən həmin qəbirlərdən oğurluq edildiyi ehtimal olunur. Qəbirlərin üstü hazırda da açıqdır. Yaranmış vəziyyətdən hiddətlənən kənd sakinləri bu hərəkəti edənlərin tapılması üçün müvafiq qurumlardan kömək istəyirlər.