Şirvanda evdə qadın meyiti tapıldı

Day.Az представляет новость на азербайджанском языке.

Ötən gün saat 19.00 radələrində Şirvan şəhərində1941-ci il təvəllüdlü Abdullayeva Güllü Əhməd qızının meyiti yaşadığı Heydər Əliyev prospekti 42, mənzil 12 ünvanında aşkarlanıb.

Milli.Az CTV-yə istinadən bildirir ki, 9-mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan Güllü Abdullayevanın yaxınları ondan xəbər ala bilməyiblər. Giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermədiyini görən qohumlar və qonşular Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt" xidmətinə müraciət ediblər. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yaşlı qadın evdə tək yaşayırmış.

Xilasedicilər mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar və mənzildə yaşlı qadının öldüyünü görüblər.