İstanbul valisinə Qarabağ xalçası hədiyyə edildi

Day.Az представляет новость на азербайджанском языке.

Novruz bayramı İstanbulda və Türkiyənin digər şəhərlərində təntənəli şəkildə qeyd olunub.

İstanbul valisi və İstanbul böyük şəhər bələdiyyəsinin təşkilatçılığı ilə tarixi Topqapıda butun türk dilli dövlətlərin numayəndələrinin istirakı ilə Novruz bayramı şənliyi təşkil olundu.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, tədbirdə Türkiyə dövlət rəsmiləri və türkdilli ölkələrin səfirləri, ictimayət numayəndələri, rəsmilər tonqal üzərindən tullanıb, yumurta döyüşdürdülər.

Novruz bayramı kecirilən ölkələrin Türk dünyasının bütün ölkələrinin kiçik evləri yaradılıb və həmin evlərdə bu ölkələrin mədəniyyətləri sərgilənir.

İstanbul valisi Husey Avni Mutlu bu evlərlə tanış oldu. Azərbaycan mədəniyyəti sərgiləndiyi evdə İstanbul valisinə Qarabag xalçası və Novruz xonçası hədiyyə olundu.

Novruz bayramı şənlikləri Ankara və digər böyük şəhərlərdə qeyd olunub.