Azərbaycanda ağır qəza: ölən var - YENİLƏNİB - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

--------------------
26.03.2014
09:28


Dünən Bakı-Qazax avtomagistralının 218-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndi ərazisində zəncirvarı yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Adil Muradovun idarə etdiyi 90-BD-634 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili, Tahir Əliyevin idarə etdiyi 99-EF-293 dövlət nömrə nişanlı eyni markalı maşın və benzin daşıyan avtomaşının iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilindən FHN-in xilasediciləri meyiti xüsusi alətlərin köməyi ilə çıxarıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar 99-EF-293 dövlət nömrə nişanlı "Mercedes"in sürücüsi Tahir Əliyev, həmçinin Bakı şəhər sakinləri 41 yaşlı Məharət Məmmədova, 50 yaşlı Lətafət Əliyeva, 18 yaşlı Orxan Qocayev, 62 yaşlı Rəqiyyə Muradovadır. Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır, digər üç nəfərin isə orta ağır kimi qiymətləndirir. Hadisə yerində ölənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib, onun T.Əliyevin idarə etdiyi avtomobildə olduğu bildirilir.

Qeyd edək ki, qəza zamanı benzin daşıyan avtomaşın aşıb, yolun hərəkət hissəsinə yanacaq dağılıb. Dərhal hadisə yerinə FHN Ucar, Göyçay, Kürdəmir rayonunun yanğından mühafizə hissəsinin 3 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub, benzinin dağıldığı əraziyə köpük vurulub.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsindən APA-ya verilən məlumata görə, bu Ağdam rayon sakini 59 yaşlı Cabbarova Həqiqət Şükür qızıdır. Qeyd edək ki, hadisə bu gün 14:30 radələrində Bakı-Qazax yolunun 218-ci kilometrliyinin Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. İki "Mercedes" və bir benzin daşıyan yük maşının toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralıların ikisinin vəziyyətinin ağır, digər üçünün vəziyyətini isə orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


-------------------
25.03.2014
19:44


Milli.Az xəbər verir ki, Bakı-Kürdəmir yolunun 190 km-liyində benzindaşıyan maşınla "Mercedes" C class və "Toyota Prado" markalı avtomobilin toqquşması nətisəsində qəza olub.

Qəza nəticəsində bir sürücü ölüb.

Hadisə yerinə Fövqaladə hallar nazirliyinin üç yangınsöndürən maşını gəlib.


Hadisə yerində benzin yola dağılıb. Dağılmış benzinin üstünə torpaq tökürlər.


Təhlükəsizlik üçün ətrafdan keçən avtomobil sürücülərindən pəncərələrin bağlanması xahiş olunur.



Böyütmək üçün şəkillərə klikləyin.