Nüsrət Kəsəmənlinin oğlunun işi yenidən məhkəmədə

Day.Az представляет новость на азербайджанском языке.

Ötən llin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmi 3 ay sonra təkrar həbsxana həyatı yaşamaq məcburiyyətində qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin məhkəmə prosesi keçirilir.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ötən llin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmi 3 ay sonra təkrar həbsxana həyatı yaşamaq məcburiyyətində qalıb.

Sentyabrın 17-də A.Kəsəmənliyə qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.

İlk gündən etibarən mətbuatda A.Kəsəmənlinin günahsız yerə həbs olunması ilə bağlı xəbərlər yer alıb. Həbsxanada cəza çəkdiyi müddətdə onun idmanla məşğul olması, namaz qılması, dinə bağlılığı, ümumiyyətlə, narkotikdən istifadə etməməsi deyilirdi.

Qeyd edək ki, Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

Məhkəmə prosesi aprelin 18-də davam edəcək.