Paytaxt küçələrində niyə elektromobillər yoxdur? - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Bu maşınlardan hələlik qolf meydançalarında, parklarda və ya istirahət məkanlarında istifadə edilir

Ətraf mühitin qorunması, eləcə də benzinə qənaət üçün indi dünya yeni bir yol tapıb.

Elektriklə işləyən maşınlardan istifadənin genişləndirilməsi. Bu növ avtomobillərə xarici ölkələrdə maraq getdikcə artır. Hətta Norveç hökuməti bu maşınlar sayəsində paytaxt Oslonu 2020-ci ilə qədər benzinsiz şəhərə çevirmək niyyətindədir. Azərbaycanda da elektromobillərin satışına rast gəlinsə də, hələ ki, bu avtomobillərin kütləvi istifadəsi mümkün deyil.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, benzinin qiymətinin artması, avtomobillərlə bağlı qoyulan tələblər insanları alternativlər axtarmağa vadar edir. Bu alternativlərdən biri elektriklə işləyən maşınlar, yəni elektromobillərdir. Apardığımız araşdırma zamanı məlum oldu ki, ölkəmizə də elektromobillər gətirilir, amma onlar şəhərlərarası və ya şəhərdaxili yollar üçün nəzərdə tutulmayıb. Bu maşınları yalnız qolf meydançalarında, parklarda və ya istirahət məkanlarında istifadə etmək olar. Bu elektromobillərin sürəti saatda 25-50 kilometrə qədərdir. Elektriklə işləyən ən bahalı maşının qiyməti isə 20 min AZN təşkil edir. Elektromobillərə mobil telefon kimi enerji yükləmək lazımdır. Hətta bəzi elektromobillərin üzərində olan günəş paneli günəşdən enerjini yığmağa və onun köməyilə maşını hərəkətə gətirməyə imkan verir.

Avtomobil salonunun nümayəndəsi Nuranə Məmmədova: "Bu avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, həm də gələcəkdə əsas yollarda asan hərəkət edə biləcək".

Amma hələlik elektromobillərin yolllarda istifadəsini mümkünsüz edən amillər var. Hələlik bu maşınlar nəqliyyat vasitəsi kimi tanınmır və bu səbəbdən onlara dövlət nömrə nişanları verilmir. Həmçinin elektromobillər üçün enerji yükləmə məntəqələri yoxdur. Amma müşahidələr göstərdi ki, əgər bu maşınların ölkəmizdə istifadəsi mümkün olarsa, kifayət qədər alıcı ola bilər.

Sürücü Oruc Əskərov: "Sürət məni maraqlandırmır, şəhər içi 80 heç sürmək mümkün deyil, sürücü üçün çox gözəldir".

Satıcı Nadir Ağayev: "Benzinin qiyməti qalxdıqca yaxşı olardı ki, elektromaşınlar istehsal oluna və biz də ondan istifadə edək".

Nəzərə almaq lazımdır ki, elektromobillərin istifadəsi təkcə qənaət yox, həm də ətraf mühitin, elə özümüzün sağlamlığımızın qorunması deməkdir. Ona görə, artıq dünyada istifadəsi genişlənən bu maşınların ölkəmizə də gəlməsi yalnız müsbət ola bilər.

Videonu izləmək üçün şəklə klikləyin.

фото