Şirvanda avtoxuliqanlıq elədi, adam öldürdü - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Şirvanda avtoxuliqanlıq əməlinə görə həbsdə olmuş sürücü piyadanı vuraraq öldürüb.

APA-nın verdiyi məlumat görə, ötən gecə saat 22.00 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Şirvan sakini, Vidadi küçəsi, 41 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlu dayısına məxsus "VAZ 2107" markalı 24 BB 756 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən, Şirvan sakini, Faiq Cavadov küçəsi 40 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Səfərov İmaməddin Gülyar oğlunu yolu keçərkən vurub. Piyada ağır kəllə-beyin travması alaraq hadisə yerində dünyasını dəyişib. Sürücülük hüququ olmayan 20 yaşlı Təbriz Mustafayev piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtoxuliqan gecə yarısı həbs edilərək polis şöbəsinə gətirilib.

Onun barəsində bu gün Şirvan şəhər məhkəməsi tərəfindən həbs qəti imkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl - 5 fevral tarixində Təbriz Mustafayevə avtoxuliqanlıq etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 296.1.1-ci maddəsi ilə Şirvan şəhər məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib. 25 martda azadlığa çıxan Təbriz Mustafayev 20 gündən sonra yenidən etdiyi avtoxuliqanlıq insan ölümünə səbəb olub.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Şirvan şəhərinin Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az APA TV-yə istinadən bildirir ki, Şirvan sakini, 20 yaşlı Təbriz Mustafayev dayısına məxsus "VAZ 2106" markalı avtomobillə Şirvan sakini, 36 yaşlı piyada İmaməddin Səfərovu vurub. Piyada ağır kəllə-beyin travması alaraq, hadisə yerində ölüb. Sürücülük hüququ olmayan 20 yaşlı Təbriz Mustafayev piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb. O, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində gecə yarısı həbs edilərək Polis Şöbəsinə gətirilib.

Qeyd edək ki, bundan əvvəl - 5 fevral tarixində Təbriz Mustafayevə avtoxuliqanlıq etdiyinə görə Şirvan şəhər məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib. 25 martda azadlığa çıxan Təbriz Mustafayev yenidən avtoxuliqanlıq edərək insan ölümünə səbəb olub. Həmçinin bildirilir ki, Təbrizin qardaşı Bəhruz Mustafayevə də bir müddət əvvəl avtoxuliqanlığa görə 16 sutka həbs cəzası verilib. Mustafayevlər ailəsi Şirvan şəhərində avtoxuliqanlar ailəsi kimi tanınır.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Videoları izləmək üçün şəklə klikləyin.