Gəncədə yeni şəhərciklər salınır Day.Az представляет новость на азербайджанском языке.

"Yeni Gəncə qəsəbəsində 12 ədəd 12 mərtəbəli binadan ibarət kompleks şəhərcik salınır". Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bunu Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün keçirdiyi hesabat yığıncağında deyib.

O bildirib ki, digər binanın inşasına dəyirman dairəsi deyilən ərazidə başlanılıb: "Heydər Əliyev Park Kompleksinin də yaxınlığında 12 ədəd 12 mərtəbəli bina tikilir. Bundan başqa 2 ərazidə də hündürmərtəbəli binanın tikintisilə bağlı hazırlıq işləri görülür".