Yarım əsrlik ağaclar niyə budanmır - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Quruyan ağaclar problemi isə deyəsən, öz həllini tapmamaqdadır. Bu dəfə 8-ci mikrorayon, İbrahim Paşa Dadaşov küçəsi, ev 71 ünvanında yaşayanlar təhlükə altındadır.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, sakinlərin narahatlığının əsas səbəbi təhlükə mənbəyi olan bu ağacların yaşayış binasının həyətində yerləşməsidir. Çünki bina sakinləri asudə vaxtlarını bağda dincəlməklə keçirir. Ancaq ağacların yaşının və hündürlüyünün çox olması hər an bədbəxt hadisənin baş verməsini də istisna etmir. 8-ci mikrorayon, İbrahim Paşa Dadaşov küçəsi, ev 71 ünvanında yaşayan sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciətimizə yalnız yazılı cavablar gəlir. İş icrasına gəldikdə isə gəlib baxış keçirir və sadəcə, 4-5 ağac budayıb gedirlər. Ancaq təhlükənin qarşısını tam almırlar.

Sakinlər deyirlər ki, avtomobilləri bu ərazidə park etmək məcburiyyətindədirlər. Deməli, bilə-bilə əmlaklarını təhlükə altında qoyurlar. Həyətdəki xeyir-şər evi də hər an bu qorxu hissilə üz-üzədir. Onların sözlərinə görə, tikilini birtəhər öz hesablarına təmir ediblər. Sabah isə hansısa qurumuş ağacın onun üzərinə aşmayacağına zəmanət verilmir.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Nurəddin Rzayevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, əraziyə baxış keçirilib. Gələn həftədən gec olmayaraq, bütün təhlükəli ağaclar budanacaq. Bu günə kimi işin aparılmamasına səbəb isə müraciətlərin çoxluğu və texnikanın məhdud sayda olmasıdır.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.