Tovuzda mal-qarada brusellyoz aşkarlanıb

Day.Az представляет новость на азербайджанском языке.

Tovuzda 8 baş mal-qarada brusellyoz aşkarlanıb. Profloktik tədbirlər nəticəsində xəstə heyvanlar baytar həkimin nəzarəti altında təsərrüfatlardan kənarlaşdırılıb.

Tovuz rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq müayinələr keçirilir. Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov: "Xəstə çıxan heyvanlar təlimat əsasında zərərsizləşdirilib. Belə ki, heyvanlar kəsilir, daxil orqanlar ultirizasiya olunur, yəni dezinfeksiya basdırılır. Ət isə istifadəyə verilir".

Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov bildirdi ki, il ərzində 18 min baş heyvanda müayinə aparılacaq. Artıq yanvar-mart aylarında diaqnostik müayinələr zamanı 14 min baş mal-qaradan qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında streoloji müayinə aparılıb. Bununla yanaşı, heyvanlar arasında digər xəstəliklərə qarşı da profloktik tədbirlər həyata keçirilir.

Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov: "Rayon üzrə aparılan bütün proflaktik tədbirlərdə bu heyvanlar bir baş da olsun kənarda qalmır. Hazırda brusellyoz xəstəliyindən başqa iribuynuzlu heyvanlarda peyvəndləmə başa çatdırılıb. İribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı profloktik peyvəndləmə başlayıb".

Qeyd edək ki, heyvanlar arasında xəstəliklərə qarşı proflaktik tədbirlər ilin sonunadək aparılacaq. Xəstə heyvanlar baytar həkimin nəzarəti altında təsərrüfatlardan uzaqlaşdırılacaq.