Gədəbəydə Ford aşdı: ana öldü, oğul və ata yaralandı

Day.Az представляет новость на азербайджанском языке.

Gədəbəy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
 

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Gədəbəy rayonu Kiçik Qaramurad kəndinin ərazisində qeydə alınıb.

Rayon sakini Rəşad Mustafayev idarə etdiyi "Ford" markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri, anası Rahilə, atası İlham müxtəlif xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Rahilə Mustafayeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.