"Ay qız, "ağıllı bilet" almısan?" Avtobusda kart sistemi - FOTOREPORTAJ

Day.Az представляет новость на азербайджанском языке.

"Yaxşıdı, daha gözləməyəcəyik ki, sürücü pulun qalığını qaytarsın"

Bunu qocaman paytaxt sakini Raqib Kələntərov deyir. O, avtobuslarda kart sisteminə keçidi müsbət qarşılayanlardan biridir. Onunla oxşar fikirdə olanlar da təbii ki, çoxdur. İstər sürücü, istərsə də sərnişinlər "ağıllı bilet"in tərəfindədirlər.

Qeyd edək ki, paytaxtın marşrut avtobuslarında bu sistem 6, 10, 14, 65, 95, 90 saylı marşrut xətlərinə tətbiq olunur. İlk olaraq 2013-cü ilin 1 oktyabr tarixində cəmi iki marşrut (10, 95) xəttinə tətbiq olunan sistem üzümüzə gələn aylarda 40-a yaxın xətlərdə həyata keçiriləcək.

İndi sürücülər plan vermək yerinə maaş alacaq, sərnişinlər də nağd ödəmədən azad olunacaq. Bu məqsədlə avtobuslarda xüsusi ödəniş terminalları da quraşdırılıb.

Nəqliyyat Nazirliyi tərəfindən tətbiq olunan sistem Türkiyədə hazırlanıb və "Akıllı bilet" adlanır. Ödəniş və yoxlama qutularının cəmləşdiyi bu sistem avtobuslarda sürücünün yanında quraşdırılıb. Sərnişin ön qapıdan minərək ödəmə etdikdən sonra avtobusun salonuna daxil ola biləcək. Gələcəkdə iri tutumlu avtobuslarda nəzarətçilərin də bu prosesə cəlb edilməsi gözlənilir. Modern.az-ın sorğuladığı sərnişinlər kart sisteminin lehinədirlər. Amma di gəl ki, sürücünün "sağ qonşusu" olan ödəniş terminalları, hələ ki, işsiz-gücsüzdür.

Sərnişinlərin bir qismində isə ənənəvi konduktor və "20 qəpik" təfəkkürü dərin iz buraxıb. Yeniliyi hələ də həzz edə bilmirlər. O cümlədən mobil telefon və planşetləri əlindən heç zaman buraxmayan gənc qızlar. Deyəsən, onlar üçün "çatlaşma"dan güclü texniki yenilik, inqilab yoxdur...

Böyütmək üçün şəkillərə klikləyin.