https://news.day.az/society/484001.html
Paytaxtda yeni tikilmiş piyada keçidində iyrənc əməl - FOTO
Bakıda yeni tikilmiş piyada keçidində divara bərkidilmiş güzgülər sındırılıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında tikilmiş yeraltı piyada keçidindəki şüşə və güzgülər naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.
Keçid hələ istifadəyə verilməsə də, piyadaların təhlükəsizliyi məqsədi ilə sakinlərin buradan istifadə edilməsinə icazə verilib.
Oxşar əməllər Səbail rayonunda, Bakı bulvarının yeni ərazisi ilə Səbail rayon Yanğından Mühafizə Hissəsinin qarşısını birləşdirən keçiddə də törədilib. Burada divarlara döşənmiş mərmər örtüklər dağıdılıb.
Qeyd edək ki, hər iki keçiddə təhlükəsizlik kameraları yoxdur.
Böyütmək üçün şəkillərə klikləyin:

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре