Bakıda "Mc Donalds"a qarşı şok iddia Day.Az представляет новость на азербайджанском языке.

Aprelin 28-də Nəsimi rayon Məhkəməsində zərərçəkmiş Rolan Məmmədovun "Mc donalds" restoranlar şəbəkəsinə qarşı 50 min manatlıq iddiasına baxıılacaq.

Bu sözləri Aktual.az-a zərərçəkmiş Rolan Məmmədovun vəkili Anar Qasımlıdeyib.

Onun sözlərinə görə, məhkəmənin yubanmasına səbəb Nəsimi rayon Məhkəməsi ilə aralarında yaranan anlaşılmazlıq olub:

"Qanunda belə bir müddəa var ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar işlərə şəxsin yaşadığı yer üzrə baxıla bilər. Amma Nəsimi rayon Məhkəməsindən bizə bildirdilər ki, bunu cavabdeh tərəfin qeydiyyatda olduğu ünvana - Nərimanov rayon Məhkəməsinə verin. Biz də şikayətimizi ora verdik və şikayətimizi qəbul etdilər".

Xatırladaq ki, Bakı sakini Rolan Məmmədov martın 3-də Nizami küçəsində daimi müştərisi olduğu "Mc Donalds"dan sifariş etdiyi "Sezar" salatının içindən ilbiz çıxdığını iddia etmişdi.