Ucuz parkinq xidməti dövlət subsidiyaları tələb edir - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Mütəxəssislərin fikrincə, parkinqin ucuz qiymətə təşkil olunmasi üçün dövlətin iştirakı lazımdır

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda parkinq yerlərinin yaradılması üçün əlverişli hesab olunan ünvanların siyahısını təqdim edib. Bu siyahıya 300-ə yaxın ünvan daxildir.

Amma paytaxtımızda artıq bir neçə böyük, yeraltı dayanacaq var. Amma onlarda qiymətlər əlverişli deyil. Sürücülər belə deyirlər, indi yeni bir məsələ meydana çıxıb, yeni yaradılacaq parkinq yerlərinin də istifadəsiz qalmaması üçün qiymətlər necə olmalıdır? Qiyməti aşağı salmaq üçün hansı tədbirlər görülməlidir?

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, parkinq xidmətinin təşkilində sürücülər üçün əsas faktor qiymətdir. Paytaxtda yüksək keyfiyyətli yeraltı dayanacqların olmasına baxmayaraq onlardan istifadənin az olması bunu deməyə əsas verir. Məsələn, şəhərin mərkəzindəki belə dayanacaqlardan birində avtomobili iki saat saxlamağa görə sürücü 2 AZN ödəməlidir.

Mütəxəssislərin fikrincə, parkinqin ucuz qiymətə təşkil olunması üçün dövlətin iştirakı lazımdır. Çünki müasir parkinqlərin qurulması kifayət gədər investisiya tələb edir. Böyük vəsait xərcləyən iş adamları isə ən birincisi gəlir götürməyi düşünəcəklər.

İndikin müasir dayanacaqların baha olmasının səbəblərindən biri də oradakı avadanlığın kifayət qədər bahalı olmasıdır. Dayanacaqların ucuz başa gəlməsi üçün, həmçinin lazımi cihazların ölkəmizdə istehsalı təklif olunur. Ekspertlərin fikrincə, lazımi tədbirlər görülsə, müasir dayanacaqda parkinq xidmətinin saatı 50 qəpikdən də aşağı ola bilər. Sürücülər isə parkinqin qayda-qanunlarla tənzimlənməsinə razı olsalar da, qiymətin bütün təbəqələrin cibinə uyğun olmasını arzu edirlər.

İstənilən halda şəhərdəki vəziyyət müasir parkinqlərin hava və su kimi lazım olduğunu göstərir. Hətta şəhərdə xəstəxanaların qarşısında saxlanılan maşınlar digər avtomobillərin hərəkətinə mane olur. Burda vəziyyət o qədər gərgindir ki, sürücülər yolun kənarında iki sıra ilə öz maşınlarını saxlamağa məcburdular.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото