Valideyn məsuliyyətinin artırılması üçün proqram hazırlanır

Daz.Az представляет новость на азербайджанском языке.

Bu gün uşaq evlərində uşaqların yaşayış şəraitinin yaxşılaşdırılması üçün az iş görülmür. Milli.Az Türkel TV-yə (TTV) istinadən bildirir ki, onlar üçün yay sağlamlıq kompleksləri tikilir, köhnə binalar sökülür və əvəzinə həmin yerdə uşaqlar üçün bütün zəruri avadanlıq və əşya ilə təciz olunan müasir binalar inşa olunur. Lakin bunlara baxmayaraq, heç bir uşaq evi ailə ocağını əvəz edə bilməz.

Uşağ evində yaşayan Səlimin bacısı Xalidə ilə söhbəti: "Dünən Orxan evə getmişdi. Anası ona kabab bişirib. Kababı yeyəndən sonra atasınnan oyun oynuyub".

 

Səlim artıq beş ildir ki, bacısı ilə birgə uşaq evində yaşayır. Tərbiyəçilər ona nə qədər yaxşı davransa da, ailə həsrətini unutdura bilmirlər. Bacısı Xalidəsə öz dərdini unudub, kiçik qardaşının qayğısına qalmağa çalışır. Bunu bacarmaqsa, o qədər də asan deyil. 11 yaşlı qızın ana nəvazişi ilə balaca, kimsəsiz və köməksiz oğlana qol-qanad gəlməsi... - ən azından bu, ədalətli deyil. Axı o da uşaqdı. O da atasının saçlarını sığallamasını, anasının onun üçün əvəz olunmayan isti qoynunu istəyir. Lakin nə o, nədə ki Səlim ata-anası olduğu halda, bu duyğunu yaşaya bilmirlər. Onların və minlərlə uşağın haqqını təmin etmək üçün Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsi yeni proqramlar işləyir.


Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova:
"Dövlət tərəfindən əsas qoyulan məsələ odur ki, valideyinlərin məsulliyyəti artmalıdır. Biz elə düşünürük ki, qanunvericilik də bu məsələ öz əksini tapsa, bir çox halların qarşısını ala bilərik. Biri var ki, hansısa təbii fəlakət nəticəsində uşaq valideyinlərini itirsin, biri də var ki, sağlam ananın, sağlam atanın övladı uşaq evinə verilsin".

Proqramda aidiyyəti üzrə bütün dövlət qurumlarının üzərlərinə düşən işi layiqincə yerinə yetirməsi üçün konkret konsepsiya müəyyən olunacaq ki, bu da valideyin məsuliyyətini artıracaq.


Hicra Hüseynova: "Bu məsələ müzakirələrdədir. Lap belə yaxın vaxtlarda yaxşı nəticələr gözlənilir".

Biz də ümid edirik tezliklə atası Xalidənin saçlarını oxşayacaq, Səlim doya-doya anasının bişirdiyi kababdan yeyəcək. Ümid edirik ki, artıq onlar xəyallarındakı həyata həsrətlə baxmayacaqlar.

Milli.Az