Gəncədə "QazEL"lər xəttdən çıxarılır

Daz.Ay представляет новость на азербайджанском языке.

Gəncədə maye qazla işləyən ictimai nəqliyyat vasitəsinin sərnişin daşımasına qadağa qoyulub. Bununla əlaqədar olaraq, əsasən, "QazEL" markalı mikroavtobuslar xətlərdən çıxarılır.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Dövlət Avtomobil Xidmətinin Gəncə Regional Şöbəsindən isə bildirilib ki, sürücülərin narazılığına baxmayaraq yaxın bir ay ərzində maye qazla işləyən bütün ictimai nəqliyyat vasitələri xətdən çıxarılacaq. Son bir neçə gün ərzində isə 20-ə yaxın "QazEL"in sərnişin daşımasına icazə verilməyib.

Dövlət Avtomobil Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev: "Bunu birbaşa qısa müddətə etmək mümkün deyil. Tərəfimizdən bu maşınların yaxın vaxtlarda xəttdən çıxarılması gündəmdədir. Yəqin ki, gələn ayın 10-15 tarixinədək bu məsələnin konkret həllinə nail olunacaq".